Modern.az

Ukrayna silahlarını təmir etmək üçün gizli sex yaradıldı

Ukrayna silahlarını təmir etmək üçün gizli sex yaradıldı

Dünya

29 Yanvar 2023, 23:53

Ukraynada döyüşlərdə zədələnən artilleriya və zirehli texnikanın təmiri üçün Polşada gizli sex yaradılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

 

Bildirilib ki, təmir sexi futbol meydançası ölçüsündədir. Burada təmir olunan texnikalar yenidən Ukraynadakı döyüş meydanına qaytarılır. Sexdə mühəndislər təmir üçün gecə-gündüz işləyir.

 

Zavodda Polşanın özünün istehsal etdiyi "Krab" özüyeriyən artilleriya qurğuları da daxil olmaqla bir çox sistemin təmir edildiyi qeyd olunub.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır