Çinin Sincan-Uyğur Muxtar Bölgəsində 6,1 bal gücündə zəlzələ olub.
Modern.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 260 min insanın yaşadığı Aral şəhərindən 106 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin episentri 33 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.