Modern.az

ABŞ və Rusiya məhkum mübadiləsini davam etdirəcək

ABŞ və Rusiya məhkum mübadiləsini davam etdirəcək

Dünya

30 Yanvar 2023, 09:27

"Rusiya və ABŞ məhkumların mübadiləsi ilə bağlı danışıqları davam etdirəcək, amma bu cür həssas məsələ sakitliyi sevir".

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov deyib.

 

Onun sözlərinə görə, ABŞ "rus məsələsi" ilə bağlı qərar istiqamətində fəaliyyətini Rusiya ilə toqquşmanın sərhədlərində balanslaşdırır.

 

Nazir müavini "hamının hamıya" prinsipi ilə məhkumların mübadiləsi ehtimalına da eyham vurub.

 

Qeyd edək ki, bundan əvvəl bu cür mübadilə artıq bir dəfə baş tutub. Mübadilə çərçivəsində məşhur rusiyalı silah baronu Viktor But Rusiyaya qaytarılıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər