Modern.az

İranın silah daşıyan maşınları PUA-larla VURULDU

İranın silah daşıyan maşınları PUA-larla VURULDU

30 Yanvar 2023, 10:20

Suriyada 25 yük maşınından ibarət karvan hava hücumuna məruz qalıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Al-Arabia" telekanalı məlumat yayıb.

 

Yük maşınlarının İrandan gəldiyi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəstəklədiyi qruplar üçün silah daşıdığı bildirilib.

 

Məlumata görə, hadisə Suriyanın Əl-Bukamale şəhəri yaxınlığında “Hizbullah”ın nəzarətində olan qeyri-rəsmi sərhəd-keçid məntəqəsi ərazisində baş verib. PUA-larla endirilən zərbə nəticəsində 6 yük maşını sıradan çıxıb.

 

Qeyd olunub ki, hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?