Modern.az

Rusiyaya raket zərbələri üçün koordinatlar ötürən casus tutuldu - FOTO

Rusiyaya raket zərbələri üçün koordinatlar ötürən casus tutuldu - FOTO

30 Yanvar 2023, 12:40

Ukrayna Təhlükəsizlik Xidməti Xarkovda Rusiyaya casusluq edən şəxsi saxlayıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, həmin şəxs məlumatlar toplayaraq "Telegram" vasitəsilə Rusiya qüvvələrinə ötürürmüş.

 

Belə ki, Ukrayna Silahlı Qüvvələrinn Xarkovdakı qruplaşmalarının koordinatları, hərəkət trayektoriyası, təchizat marşrutu və digər məxfi informasiyalar casus tərəfindən Rusiyaya çatdırılıb.

 

Bildirilib ki, Rusiyanın raket zərbələri endirməsi üçün onun göndərdiyi məlumatlardan istifadə olunub. Casusun çiynindəki Rusiya gerbi döyməsi diqqət çəkib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?