Modern.az

ABŞ-ın yeni səfirini Lavrovun müavini qəbul etdi

ABŞ-ın yeni səfirini Lavrovun müavini qəbul etdi

30 Yanvar 2023, 16:12

ABŞ-ın Rusiyaya yeni təyin olunmuş səfiri Lin Treysi Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Moskvadakı ABŞ səfirliyi məlumat yayıb.

 

Görüş Rusiya XİN-də baş tutub.

 

Bildirilib ki, səfir presedenti olmayan gərginlik dövründə dialoqun dəstəklənməsinə xüsusi diqqət göstərəcək. Treysi etimadnaməsini Ryabkova təqdim edib.

 

Qeyd edək ki, Treysi bundan əvvəl ABŞ-ın Ermənistandakı səfiri olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?