Modern.az

Daha bir ölkə Maskın şəbəkəsinə qoşuldu

Daha bir ölkə Maskın şəbəkəsinə qoşuldu

Dünya

31 Yanvar 2023, 08:12

"SpaceX" şirkəti Nigeriyanın “Starlink” internet xidmətlərinə çıxışını təmin edib.

 

Modern.az xəbər verir ki, bu barədə "SpaceX" şirkətinin "Twitter" hesabında məlumat paylaşılıb.

 

Bildirilib ki, Nigeriya Afrika qitəsində şirkətin xidmətlərindən istifadə edəcək ilk ölkə olub.

 

Qeyd edək ki, "Starlink" şəbəkəsi 260 kiloqram ağırlığında çoxlu sayda cihazları yerləşdirməklə İnternetə çıxışı təmin etmək üçün nəzərdə tutulub. "SpaceX" hesab edir ki, cəmi 11 min peykin orbitə buraxılması və istismara verilməsi 10 milyard dollara başa gələcək.

 

Şirkətdən verilən məlumata görə, o, 5G standartına uyğun gələn 1 gb/s sürətlə genişzolaqlı internetə çıxışı təmin edə biləcək. 2019-cu ilin may ayından etibarən "SpaceX" 3200-dən çox "Starlink" peykini orbitə çıxarıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər