ABŞ administrasiyası Ukraynanı “F-16” qırıcıları ilə təmin etmək niyyətində deyil.
Modern.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden jurnalistlərə açıqlamasında deyib.
Bayden Vaşinqtonun Kiyevə “F-16”lar göndərməyi planlaşdırmadığını bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden yanvarın 25-də Vaşinqtonun Ukraynaya “31 M1 Abrams” tanklarının verilməsi barədə qərar qəbul edildiyini təsdiqləyib. Bundan əvvəl Almaniya Ukraynaya “Leopard-2” tankları verəcəyini açıqlayıb.