Modern.az

Baydendən xilas olmalıyıq – Trampdan iddialı açıqlamalar

Baydendən xilas olmalıyıq – Trampdan iddialı açıqlamalar

Dünya

31 Yanvar 2023, 09:43

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlaşır. 

 

Modern.az xəbər verir ki, Tramp artıq seçki mitinqlərinə başlayıb.

 

Sabiq prezident ilk mitinqdə çıxışı zamanı seçki üçün daha motivasiyalı olduğunu söyləyib. “Həmişəkindən daha həvəsli və qərarlıyam. Biz əvvəlkindən daha böyük mitinqlər planlaşdırırıq", - o, deyib. 

 

Donald Tramp ABŞ-ın hazırki prezidenti Co Baydenin siyasətini də tənqid edib:

 

“ABŞ-ın Bayden administrasiyasından xilas edilməsi lazımdır. Biz Baydenə böyük iqtisadiyyat buraxmışdıq. Buna baxmayaraq, indi insanlar iqtisadi çətinliklər içərisindədir. Co Bayden Amerikanı sürətlə məhv etmə yolunu seçdi. Ancaq biz bunu dayandıracağıq".

 

Bundan savayı, qeyri-qanuni immiqrasiyanı tənqid edən Tramp ABŞ-Meksika sərhədində təhlükəsizliyi artırmağı və ölkədə solçu ideologiyalarla mübarizə aparmağı vəd edib.

 

""Solçu gender ideologiyası"nı əhatə edən məktəblərə federal maliyyəni dayandırmağı öhdəmə götürürəm. Gənclərimizin beynini yumağa çalışan radikal solçu irqçiləri və azğınları dayandıracağıq. Gender kultunu məğlub edəcəyik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər