Modern.az

Çayxanada futbola baxanlar güllələndi – Ölənlər var

Çayxanada futbola baxanlar güllələndi – Ölənlər var

Dünya

31 Yanvar 2023, 09:52

Kolumbiyada silahlı insident baş verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Barranquilla şəhərindəki çayxanalardan birində futbol matçını izləyən qrupa silahlı hücum olub.

 

Hadisə nəticəsində 4 nəfər həyatını itirib, 6 nəfər yaralanıb. İnsidentin baş vermə səbəbi məlum deyil. 

 

Rəsmi açıqlamada bildirilib ki, mütəşəkkil cinayətkar qrupların mövcudluğu və qeyri-qanuni ticarətlə bağlı bölgədə əhalinin ciddi təhlükəsizlik problemləri mövcuddur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər