ABŞ-ın müdafiə naziri Lloyd Ostin Cənubi Koreyada həmkarı Li Conq-Sapla görüşüb.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Pentaqon rəhbəri koreyalı nazirlə danışıqlar aparıb.
Tərəflər bu ildən birgə hərbi təlimlərin sayının artırılması və miqyasının genişləndirilməsi ilə bağlı razılığa gəliblər.
Ostin ABŞ-ın KXDR-i cilovlamaq üçün öhdəliklərinə sadiqliyini ifadə edib və bunun nüvə imkanlarına aid olduğunu da diqqətə çatdırıb.
Qeyd edək ki, ABŞ müdafiə naziri dünəndən Cənubi Koreyada səfərdədir.