Modern.az

Şolts Rusiya ilə danışıqların şərtini AÇIQLADI

Şolts Rusiya ilə danışıqların şərtini AÇIQLADI

Dünya

31 Yanvar 2023, 12:14

Almaniya federal kansleri Olaf Şolts Rusiya ilə mümkün danışıqların aparılması üçün şərtləri açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Welt" nəşri məlumat yayıb.

 

Bildirilib ki, Şolts Braziliyaya səfəri çərçivəsində bu ölkənin prezidenti Lula da Silva ilə birgə keçirdiyi mətbuat konfransında məsələyə toxunub.

 

Kansler əsas şərtin Rusiya qoşunlarının Ukrayna ərazilərindən çıxarılması olduğunu bəyan edib.

 

"Ukraynalıların iştirakı olmadan, onların başı üstündən Rusiya ilə heç bir razılaşma əldə oluna bilməz. Danışıqlar üçün Rusiya ordusunun Ukraynadan çıxarılması vacibdir", - deyə o bildirib.

 

Həmçinin Braziliya prezidenti ilə Almaniya kanslerinin həmrəy olduğu vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər