Modern.az

Rusiya vətəndaşlığı alanların sayı kəskin AZALIB

Rusiya vətəndaşlığı alanların sayı kəskin AZALIB

Dünya

31 Yanvar 2023, 12:17

2022-ci ildə Rusiya vətəndaşlığı alanların sayı 44 min nəfər azalıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya DİN-in ölkədə miqrasiyanın vəziyyətinə dair hesabatında qeyd olunub.

 

Məlumatda bildirilib ki, ötən il 691 min nəfərə vətəndaşlıq verilib. Bu göstərici əvvəlki illə müqayisədə 44 min nəfər azdır.

 

Bundan əlavə, 2022-ci ildə 141 min əcnəbinin Rusiyaya girişinə qadağa qoyulub ki, bu da 2021-ci ildəkindən 35 min nəfər azdır. Ümumilikdə isə keçən il 40 rusiyalı vətəndaşlıqdan imtina edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər