Modern.az

Qaraqalpaq hadisələrinin iştirakçılarına hökm oxundu - 16 ilədək həbs

Qaraqalpaq hadisələrinin iştirakçılarına hökm oxundu - 16 ilədək həbs

Dünya

31 Yanvar 2023, 12:57

Özbəkistanda ötən il Qaraqalpaqstan Muxtar Respublikasında baş vermiş iğtişaşlarla bağlı məhkəmə prosesində aksiyalarda iştirak edən şəxslər mühakimə olunub.

 

Modern.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, hadisələrə görə əsas müttəhimlərdən biri olan Dövlətmurad Tacimuradov 16 il azadlıqdan mərhumetmə cəzasına məhkum edilib.

 

Laləgül Kallıxanova isə 8 il həbslə cəzalandırılıb. 4 nəfərə isə 5 illik hökm oxunub.

 

Ümumilikdə məhkəmənin 18 nəfər barəsində 3 ildən 16 ilə qədər həbs qərarları çıxardığı qeyd olunub.

 

Xatırladaq ki, 2022-ci ilin iyulunda Özbəkistanda konstitusiya islahatları çərçivəsində Qaraqalpaqstanın muxtariyyətinin ləğvi ilə bağlı müddəanının dəyişikliklər layihəsinə salınması etirazlara səbəb olub. Rəsmi Daşkənd sonradan bu müddəanı layihədən çıxarsa da, etirazlar mərkəzin müdaxiləsi ilə yatırılıb. Hadisələrdə 21 nəfər həyatını itirib, 274 nəfər yaralanıb. 516 etirazçı isə saxlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər