Modern.az

Ağ Ev Baydenin F-16 açıqlamasına aydınlıq gətirdi

Ağ Ev Baydenin F-16 açıqlamasına aydınlıq gətirdi

Dünya

31 Yanvar 2023, 13:13

ABŞ-ın Ukraynaya F-16 qırıcıları verməkdən imtina etməsi barədə prezident Co Baydenin açıqlamasına Ağ Evdən münasibət bildirilib.

 

Modern.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi danışıb.

 

"Vaşinqton hazırda Kiyevi kifayət qədər silahla təmin edir", - deyə ABŞ rəsmisi söyləyib.

 

"Deyə bilərəm ki, bir çox silahlar artıq tədarük edilir, yaxın həftələrdə və aylarda Ukraynaya göndəriləcək. Bu silahlar indi - qışda, həmçinin yazda döyüşlərdə həlledici olacağına əmin olduğumuz silah növləridir", - deyə Kirbi bildirib.

 

Qeyd edək ki, Co Bayden jurnalistlərin Ukraynaya F-16 tədarükü barədə sualına "yox" cavabı vermişdi. Daha sonra onun sualı eşitmədən cavab verdiyi barədə məlumatlar yayılmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər