Modern.az

Çavuşoğlu Orbanla görüşdü - FOTO

Çavuşoğlu Orbanla görüşdü - FOTO

Dünya

31 Yanvar 2023, 13:30

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın baş naziri Viktor Orbanla görüşüb.

 

Modern.az xəbər verir ki, Çavuşoğlu bu barədə tviter səhifəsində paylaşım edib.

 

Görüş nazirin Macarıstana səfəri çərçivəsində baş tutub.

 

"Budapeştdəki ilk görüşümüzü strateji tərəfdaşımız Macarıstanın baş naziri Viktor Orbanla keçirdik. Məhsuldar müzakirə üçün ona təşəkkür edirik. Orbana prezidentimiz Ərdoğanın salamlarını və Türkiyəyə dəvət mesajını çatdırdıq", - deyə Çavuşoğlu yazıb.

 

Görüşdə Macarıstanın XİN başçısı Peter Siyarto da iştirak edib.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər