Modern.az

Ukraynaya 120 ədəd tank veriləcək 

Ukraynaya 120 ədəd tank veriləcək 

Dünya

31 Yanvar 2023, 18:21

Ukrayna ilkin mərhələdə Qərb ölkələrindən 120-140 ədəd tank alacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba məlumat verib.

 

O qeyd edib ki, bu siyahıya ABŞ istehsalı "M1 Abrams", Almaniya istehsalı "Leopard", Britaniya istehsalı "Challenger 2" tankları daxildir. Kuleba deyib ki, Ukrayna Fransanın "Leclerc" tankları verəcəyinə də ümid edir.

 

Onun sözlərinə görə, Ukraynaya tank verəcək ölkələrin koalisiyasında hazırda 12 ölkə var.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər