ABŞ dövlət katibi Entoni Blinken Rusiya ilə İran arasında hərbi-texniki əməkdaşlığın ABŞ və İsraili narahat etdiyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, Yerusəlimdə keçirdiyi mətbuat konfransında danışıb.
Blinken qeyd edib ki, Moskva və Tehran bir-birini müasir hərbi texnika ilə təmin edir.
“Bu, əlbəttə ki, həm bizi, həm də İsraili çox narahat edir. Biz İranın həm regionda, həm də onun hüdudlarından kənarda həyata keçirdiyi zərərli hərəkətlərə qarşı yollar haqqında müzakirələri davam etdirdik”, - ABŞ rəsmisi deyib.
Xatırladaq ki, Entoni Blinken yanvarın 30-da İsrailə səfər edib. Səfər zamanı o, İsrail hakimiyyətinin nümayəndələri, o cümlədən İsrailin baş naziri Binyamin Netanyahu ilə danışıqlar aparıb. Tərəflər iki ölkə arasında münasibətləri, İranla qarşıdurmada əməkdaşlığı müzakirə ediblər.
Akif İsmayılov