Modern.az

Litva Avropa ölkələrini rus səfirləri qovmağa çağırdı

Litva Avropa ölkələrini rus səfirləri qovmağa çağırdı

Dünya

31 Yanvar 2023, 23:51

Litva bütün Avropa ölkələrini Rusiya səfirlərini ölkədən çıxarmağa çağırıb.

 

Modern.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib.

 

"Rusiya səfirini Avropa paytaxtlarının heç birində saxlamağın mənası yoxdur. Əksər hallarda səfirliklər artıq diplomatik qurum deyil, müharibə cinayətlərini ört-basdır edən və ümumiyyətlə, soyqırımı təbliğ edən təbliğat qurumudur", - XİN başçısı deyib.

 

Qeyd edək ki, Litva Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb və ötən ilin aprelində Rusiya səfirini ölkədən çıxarıb. Bu il Estoniya və Latviya da Rusiya səfirlərini ölkədən çıxarmağa qərar verib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?