Ötən il Özbəkistanda dövlət qurumlarının 3 min əməkdaşı məsuliyyətə cəlb olunub.
Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq statistik göstəriciləri açıqlanıb.
Bildirilib ki, il ərzində müxtəlif hüquq pozuntularına və fəaliyyətdə nöqsanlara yol verdiyinə görə ümumilikdə 3 min məmur haqqında hüquqi tədbirlər görülüb.
Məlumatda qeyd olunub ki, Özbəkistanda dövlət qulluqçuları arasında ən çox yayılmış cinayətlər mənimsəmə və səlahiyyətlərdən sui-istifadə halları olub.
Hazırda da müxtəlif məmurlar haqqında araşdırmaların davam etdirildiyi vurğulanıb.
Qeyd edək ki, bundan əvvəl 17 mindən çox dövlət işçisinin ixtisarına qərar verilmişdi.