Modern.az

Krımtatar jurnalist: İran bütün gücünü türklərə qarşı istifadə edir - VİDEO

Krımtatar jurnalist: İran bütün gücünü türklərə qarşı istifadə edir - VİDEO

Dünya

1 Fevral 2023, 12:22

Ukraynanın Kiyev şəhərində yaşayan krımtatar jurnalist Gülsüm Xəlilova İranın siyasətini sərt şəkildə tənqid edib.

 

Modern.az xəbər verir ki, jurnalist "Youtube" hesabında bu barədə video yerləşdirib.

 

"İran bütün gücünü türklərə qarşı istifadə edir. İran illərdir başda öz ölkəsində olmaqla, türklərə qarşı hər cür təzyiq, zülm siyasəti həyata keçirir. Xüsusən, Güney Azərbaycanda türklərə qarşı assimilyasiya siyasəti aparılır. Rusiyanın Ukraynaya işğal cəhdində aylardır böyük şəhərlərdə qaz və elektrik problemi yaşanmasının bir səbəbi də yenə İrandır. Çünki İran Rusiyaya kamikadze PUA-lar verərək Ukraynanın vurulmasına yardım edir, hətta bəzən İran hərbçiləri şəxsən sahədə bu hücumların icrasında iştirak edir. Bəli, İran hər zaman məzlumun qarşısında, zalımın yanında durur", - deyə o söyləyib.

 

Gülsüm Xəlilovanın çıxışının tam versiyası olan videonu təqdim edirik:

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər