Modern.az

BMT Təhlükəsizlik Şurasında sədrlik dəyişdi

BMT Təhlükəsizlik Şurasında sədrlik dəyişdi

Dünya

2 Fevral 2023, 08:26

BMT Təhlükəsizlik Şurasına sədrlik Yaponyadan Maltaya keçib.

 

Modern.az xəbər verir ki, Maltanın BMT-dəki daimi nümayəndəsi Vanessa Freyzer təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərin suallarını cavablandırıb və fevral ayı ərzində gündəmdə olacaq əsas müzakirə mövzularını açıqlayıb.

 

Diplomat bildirib ki, fervalı 24-də Rusiya ordusunun Ukraynaya qarşı başladığı genişmiqyaslı hücumun ildönümündə BMT Təhlükəsizlik Şurasında nazirlər səviyyəsində iclas keçirilməsi planlaşdırılır. Bununla bərabər TŞ-ın gündəmində Şərq ölkələri, İran, Fələstin, İsrail, Yəmən və Suriya bağlı müzakirələr var.

 

Freyzer ay ərzində münaqişəli bölgələr və vəziyyətlərlə bağlı TŞ üzv ölkələrin müraciətləri ilə fövqəladə iclasların da keçirilə biləcəyini vurğulayıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər