Modern.az

Rusiya yeni hücuma başlaya bilər - Reznikov

Rusiya yeni hücuma başlaya bilər - Reznikov

Dünya

2 Fevral 2023, 09:30

"Rusiya işğalın ildönümündə yeni hücuma keçə bilər".

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.

 

"Ruslar simvolizmlə yaşayırlar, ona görə də fevralın 24-dək nəsə etməyə cəhd edə bilərlər", - deyə o söyləyib.

 

Nazir deyib ki, Ukrayna Rusiya qüvvələrini kiçik hesab etmir.

 

"Rəsmi rəqəm 300 mindir, bu, səfərbər olunanların sayıdır, lakin biz sərhədlərdə qoşunları görəndə, bizim hesablamalarımıza görə, bu, daha çox olur", - müdafiə naziri əlavə edib.

 

Qeyd edək ki, dünən Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov da oxşar açıqlama vermişdi.

Bu xəbər ilə bağlı
Rusiya genişmiqyaslı müharibəyə hazırlaşır - Danilov
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər