Rusiya Ukraynadakı müharibə səbəbindən beynəlxalq silah bazarındakı rolunu itirib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının bu gün dərc olunan gündəlik bülletenində qeyd edilib.
Bildirilib ki, Ukraynanı işğal etməsi və beynəlxalq sanksiyalar Rusiyanın etibarlı silah ixracatçısı kimi rolunu sarsıdıb.
"Hətta müharibədən əvvəl Rusiyanın beynəlxalq silah bazarında payı azalırdı. İndi partnyorlara yeni silahların tədarükü ilə Ukraynadakı qoşunları təchiz etmək arasında seçim edən Rusiya hakimiyyəti böyük ehtimalla sonuncuya üstünlük verir. Ehtiyat hissələrinin çatışmazlığı zirehli maşınlar, döyüş helikopterləri və hava hücumundan müdafiə sistemləri kimi ixrac üçün avadanlıqların istehsalına da təsir göstərə bilər", - bülletendə deyilir.
Həmçinin vurğulanıb ki, Rusiyanın mövcud müqavilələr üzrə xidmət göstərmək, müəyyən detal və hissələrin tədarük edilməsi və texniki xidməti həyata keçirmək qabiliyyəti ən azı daha 3-5 il ərzində ciddi şəkildə zədələnmiş olacaq.