Modern.az

Ermənistanda ehtiyatda olanlar hərbi təlimlərə çağırılır

Ermənistanda ehtiyatda olanlar hərbi təlimlərə çağırılır

Dünya

2 Fevral 2023, 14:42

Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti toplanışı 2023-cü il martın 1-dən mayın 12-dək nəzərdə tutulub.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin məlumatında bildirilir.

Təlimlərin keçirilməsi ilə bağlı müvafiq məsələlər müəyyən edilib. Qərara əsasən, təlimlərə 3281 nəfər vətəndaş cəlb olunacaq.

Onlardan 2897 nəfər sıravi və kiçik rütbəli zabitlər, 152 nəfəri yüksək rütbəli zabitlər, 232 nəfəri raket-artilleriya ixtisasları üzrə ehtiyatda olanlar təşkil edəcək.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər