Modern.az

Baxmut getdikcə təcrid olunur - Britaniya kəşfiyyatı

Baxmut getdikcə təcrid olunur - Britaniya kəşfiyyatı

Dünya

5 Fevral 2023, 11:57

"Baxmut getdikcə Ukrayna ordusunun təchizat marşrutlarından təcrid olunur".

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatının yaydığı məlumatda bildirilib.

 

Qeyd olunub ki, ötən həftə Rusiya Baxmut şəhərini mühasirəyə almaq cəhdlərində məhdud irəliləyiş əldə etməyə davam edib. Ukraynalı müdafiəçilər üçün şəhərə daxil olan iki əsas yol indi çox güman ki, Rusiya ordusunun irəliləməsindən sonra birbaşa atəşə məruz qalacaq.

 

Məlumata görə, bu həftənin əvvəlində Vaqner birləşmələri çox güman ki, Baxmutu Seversk şəhəri ilə birləşdirən ikinci marşrutu ələ keçiriblər.

 

"Ölkə daxilində Ukrayna qüvvələri üçün az sayda alternativ təchizat marşrutu qalıb və Baxmut getdikcə təcrid olunur", - deyə əlavə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama