Türkiyənin ticarət naziri Mehmet Muş ölkəsinin Ermənistanla sərhədlərinin açılmasından danışıb.
Modern.az "Hürriyet"ə istinadən xəbər verir ki, o, Azərbaycanın maraqlarının da nəzərə alınmalı olduğunu vurğulayıb.
"XİN hazırda bununla bağlı işlər görür. Amma bunun üçün Azərbaycanın hüququnun da qorunması lazımdır. Orada bir tarazlıq təmin olunarsa, bizim işimiz texniki infrastrukturu hazırlamaq olar. Çox sürətlə işləri tamamlaya bilərik. Gömrük qapılarının sayını da rahat ticarət fəaliyyəti üçün artırırıq. Bunu Qars və Ermənistanla bağlı demirəm. Çünki əgər iki qapı olarsa, sıxlıq azalar. Prosedurlar sürətli olsa, ticarət fəaliyyətlərinin sürətinə də təsir göstərər", - deyə türkiyəli nazir bildirib.
Qeyd edək ki, II Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə Türkiyə və Ermənistan arasında normallaşma prosesi başlayıb.