Rusiyanın 12 helikopteri Belarusun Ukrayna ilə sərhəd bölgələrindən aparılıb.
Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Belarusla bağlı monitorinq qrupu məlumat yayıb.
Belə ki, fevralın 5-də Mi-8 və Mi-24 də helikopterləri də daxil olmaqla, 12 helikopter Luninets aerodromundan Matsulişşi aerodromuna köçürülüb.
Bundan əvvəl, yanvarın 19-da helikopterlər Matsulişşidən Ukrayna ilə sərhədə daha yaxın olan Luninetsə gətirilmişdi.