Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) "Cümhur İttifaqı"ndakı siyasi müttəfiqi olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı 9 ölkənin İstanbuldakı konsulluqlarının bağlanmasına münasibət bildirib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, siyasətçi bu addımı rəzalət adlandırıb.
"ABŞ bu məsələdə lider rolu oynayıb, kuklalarını dürtə-dürtə durub və hərəkətə keçib. Bu addımlar müttəfiqlik körpüsünün altına dinamit qoyan pis niyyətliliyin göstəricisidir", - deyə MHP lideri bildirib.
Bağçalı müxalifətə də səslənib: "Altılı Masa" ortadan çatlayıb".