Modern.az

“Zelenski məndən vasitəçi olmağı xahiş etmişdi” - Naftali Bennet

“Zelenski məndən vasitəçi olmağı xahiş etmişdi” - Naftali Bennet

Dünya

5 Fevral 2023, 18:32

İsrailin sabiq baş naziri Naftali Bennet Rusiya və Ukrayna arasında danışıqların dayanmasını şərh edib.

 

Modern.az "Deutsche Welle"yə istinadən xəbər verir ki, Bennet əsas səbəbin Buçadakı qırğının olduğunu bildirib.

 

"Kiyev və Moskva ciddi güzəştlərə getməyə razı idilər. Ukrayna prezidenti məndən vasitəçi olmağı xahiş etmişdi. Amma Buçadakı qırğından sonra danışıqlar mənasızlaşdı. Qətliam danışıqların mənasını itirdi", - deyə keçmiş hökumət başçısı söyləyib.

 

O, danışıqların yarımçıq qalmasına görə Qərb ölkələrini günahlandırıb.

 

Qeyd edək ki, bir müddət Rusiyanın işğalı altına düşən Buça şəhərində kütləvi qırğının törədilməsi ilə bağlı işğaldan azad edildikdən sonra xeyli faktlar aşkar edilmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər