Modern.az

Türkiyədə dərslər dayandırıldı

Türkiyədə dərslər dayandırıldı

Dünya

5 Fevral 2023, 21:59

Türkiyənın bir çox bölgəsində güclü qara görə tədris prosesinin dayandırılmasına qərar verilib.

 

Modern.az xəbər verir ki, bu barədə TRT kanalı məlumat yayıb.

 

Bildirilib ki, İstanbul və Ankara daxil olmaqla 10-dan çox regionda bazar ertəsi günü dərslər ləğv edilib.

 

Qara səbəbindən İstanbulun iki hava limanında 180 uçuşun dayandırıldığı açıqlanıb.

 

Qeyd edək ki, Türkiyənin əksər regionlarında güclü qar yağıb, yollar buz bağlayıb. Əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir.

 

Akif İsmayılov 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər