Modern.az

BMT-nin helikopteri atəşə tutuldu - Ölən var 

BMT-nin helikopteri atəşə tutuldu - Ölən var 

Dünya

5 Fevral 2023, 23:37

Konqoda BMT-yə məxsus helikopter atəşə tutulub.

 

Modern.az AFP agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin şərqində baş verib.

 

Naməlum silahlı şəxslər BMT-nin Konqo Sabitləşdirmə Missiyasının helikopterini atəşə tutub.

 

İnsident nəticəsində Cənubi Afrika Respublikasından olan bir sülhməramlı ölüb, bir nəfər isə yaralanıb. Helikopteri təyinat nöqtəsinə endirmək mümkün olub.

 

BMT-nin helikopterinin kim tərəfindən atəşə tutulduğu məlum deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər