Modern.az

13 yaşlı qız 16 saat uçqun altında qaldı - FOTOLAR

13 yaşlı qız 16 saat uçqun altında qaldı - FOTOLAR

Dünya

7 Fevral 2023, 00:46

Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə işləri gecə saatlarında da davam etdirilir.

 

Modern.az xəbər verir ki, Diyarbakırda binalardan birinin dağıntıları altından 13 yaşlı qız çıxarılıb. Rabia adlı qız 16 saat uçqun altında qalıb. Xilasedicilər onu dağıntı altından çıxararaq, həyatını xilas ediblər.

 

Rabia təcili yardım briqadalarına təhvil verilib, daha sonra xəstəxanaya yerləşdirilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.

 

Zəlzələ nəticəsində həlak olanların sayı 2316 nəfərə, yaralananların sayı isə 13 293 nəfərə çatıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər