Modern.az

Rusiya Türkiyəyə mobil hospital göndərib

Rusiya Türkiyəyə mobil hospital göndərib

7 Fevral 2023, 01:19

Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Türkiyəyə mobil hospital göndərib.

 

Modern.az xəbər verir ki, hospitalda 40-dan çox mütəxəssis 100-ə yaxın xəstəyə tibbi yardım göstərə biləcək.

 

Bundan başqa, Rusiya FHN xilasedicilərinin olduğu dörd təyyarə artıq Türkiyəyə və Suriyaya yola düşüb. Onların arasında kinoloqlardan ibarət dəstə də var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?