Modern.az

Zəlzələdən istifadə edən PKK-dan xain hücum

Zəlzələdən istifadə edən PKK-dan xain hücum

Dünya

7 Fevral 2023, 09:44

PKK terror təşkilatı zəlzələni fürsət bilərək Türkiyə sərhədlərinə hücum etməyə cəhd göstərib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

"PKK/YPG terror təşkilatı zəlzələni fürsət bilərək Tel Rıfatdan Öncüpınar sərhəd postunun məsuliyyət zonasına alçq hücum gerçəkləşdirib və artıqlaması ilə cavab verilib", - deyə məlumatda bildirilib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər