Modern.az

Müxalif partiya sədri zəlzələ bölgəsinə yollandı 

Müxalif partiya sədri zəlzələ bölgəsinə yollandı 

Dünya

7 Fevral 2023, 10:02

Türkiyənin müxalif Məmləkət Partiyasının sədri Muharrem İnce zəlzələ bölgəsinə baş çəkib.

 

Modern.az xəbər verir ki, siyasətçi bu barədə tviter səhifəsində paylaşım edib.

 

O, Kahramanmaraşın mərkəzində olduğunu bildirib.

 

"Kahramanmaraşın Trabzon prospektindəyik. Kədərlənərək söyləyirəm ki, burada əsgər yoxdur, polis yoxdur, şorba yoxdur, yataq dəsti yoxdur. Burada heç bir şey yoxdur", - deyə İnce yazıb.

 

Bu gün həmçinin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu da zəlzələ bölgəsində yerləşən Hataya səfər edəcəklər.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər