Modern.az

65 ölkədən 2660 xilasedici zəlzələ bölgəsində çalışır

65 ölkədən 2660 xilasedici zəlzələ bölgəsində çalışır

Dünya

7 Fevral 2023, 10:18

65 ölkədən ümumilikdə 2660 personal təbii fəlakət bölgələrində aparılan işlərə kömək edir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) "Twitter" hesabında məlumat yayıb.

 

“Türkiyə Gənclər və İdman Nazirliyinin yataqxanalarında 48 416 vətəndaş yerləşdirilib. Əlavə olaraq 34 084 boş çarpayı da mövcuddur”, - məlumatda deyilir.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər