Türkiyədə zəlzələdən sonra axtarış-xilasetmə tədbirləri davam edir.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi tviter səhifəsində paylaşım edib.
"Dövlətimiz bütün imkanları ilə vətəndaşımızın yanındadır. Türk Silahlı Qüvvələrinin Humanitar Yardım Bölmələrinin Axtarış-Xilasetmə Taboru da Osmaniyedə gecə boyu aralıqsız davam edən axtarış-xilasetmə fəaliyyətində xidmət göstərib", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb.
Devletimiz tüm imkânlarıyla vatandaşımızın yanında… TSK İnsani Yardım Tugayı’nın Arama Kurtarma Taburu da Osmaniye'de gece boyunca aralıksız devam eden arama kurtarma çalışmalarında görev yaptı.#MSB #Deprem pic.twitter.com/m42255CpYo
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 7, 2023