Pakistan Silahlı Qüvvələrinin axtarış-xilasetmə qrupları Türkiyəyə çatıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin İslamabaddakı səfirliyindən bildirilib.
Məlumata görə, təyyarələr Adana hava limanına eniş ediblər.
“Pakistanlı qardaşlarımıza fəaliyyətlərində uğurlar arzulayırıq və növbəti dəfə minnətdarlığımızı bildiririk”, - diplomatik nümayəndəliyin yaydığı məlumatda qeyd olunub.