Rusiyanın Kamçatka vilayətində zəlzələ olub.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, yeraltı təkan Kuril adalarında qeydə alınıb.
Zəlzələ Rixter şkalası ilə 5.8 balla qiymətləndirilib.
Təbiət hadisəsinin Yaponiyada da hiss olunması barədə məlumatlar var. İtki və ya dağıntı barədə detallar verilməyib.