Fransanın məşhur "Charlie Hebdo" jurnalı Türkiyədəki zəlzələ ilə bağlı qalmaqallı karikatura dərc edib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, karikaturada dağıntı mənzərələri əks olunub və belə yazılıb: "Tank göndərməyə belə gərək yoxdur".
Bu cür başlıq sosial şəbəkələrdə böyük etirazlarla qarşılanıb.
Qeyd edək ki, adıçəkilən jurnal bundan əvvəl də qalmaqallı karikaturalarla gündəmə gəlib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3381 nəfər həyatını itirib, 20 426 nəfər isə yaralanıb. Həmçinin 5775 bina dağılıb.