Modern.az

Estoniya səfiri Rusiyanı tərk etdi

Estoniya səfiri Rusiyanı tərk etdi

Dünya

7 Fevral 2023, 11:54

Estoniyanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Marqus Laydre ölkəni tərk edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Current Time" məlumat yayıb.

 

Bildirilib ki, səfir diplomatik nümayəndəliyin inzibati binası tərk edib, daha sonra Estoniyaya yola düşüb.

 

Qeyd edək ki, bir müddət əvvəl ölkələr arasında diplomatik münasibətlərinin səviyyəsinin aşağı endirilməsi barədə qərar qəbul edilmiş və səfirlər qarşılıqlı olaraq geri çağırılmışdı. Həmçinin digər Baltikyanı dövlətlər, habelə bir sıra Şərqi Avropa ölkələri Rusiya ilə münasibətlərin səviyyəsini endirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər