Modern.az

Kılıçdaroğlu zəlzələ bölgəsinə gedir

Kılıçdaroğlu zəlzələ bölgəsinə gedir

Dünya

7 Fevral 2023, 13:40

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu zəlzələ bölgəsinə yola düşüb.

 

Modern.az xəbər verir ki, siyasətçi bu barədə tviter səhifəsində məlumat verib.

 

"Bölgəyə keçirəm. Gün içində məlumat paylaşacağam", - deyə CHP lideri yazıb.

 

Bundan əvvəl yayılan məlumatda Kılıçdaroğlunun İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu ilə Hatay vilayətinə gedəcəyi bildirilmişdi.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3419 nəfər həyatını itirib, 20 534 nəfər isə yaralanıb. 8 mindən çox insan isə dağıntılar altından salamat çıxarılıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər