Modern.az

Bu şəhərdə dağıntılar altında heç kim qalmayıb - Nazir

Bu şəhərdə dağıntılar altında heç kim qalmayıb - Nazir

Dünya

7 Fevral 2023, 16:26

Türkiyənin Kilis vilayətində zəlzələ səbəbindən meydana gələn dağıntıların altında heç kim qalmayıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş məlumat verib.

 

Onun sözlərinə görə, bu şəhərdə heç bir vətəndaş dağıntıların altında qalmayıb.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3549 nəfər həyatını itirib, 22 168 nəfər isə yaralanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər