NATO-da Türkiyədəki zəlzələyə görə bütün bayraqlar yarıya endirilib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Alyansdakı nümayəndəliyindən bildirilib.
Bu, zəlzələ ilə əlaqədar Türkiyə xalqı və hakimiyyəti ilə həmrəylik əlamətidir.
Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5775 bina dağılıb.