Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycana təşəkkür edib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir Türkiyədə baş vermiş təbii fəlakətdən sonra qardaş Azərbaycanın yardım etdiyini bildirib.
O qeyd edib ki, bütün fəlakətlər, o cümlədən meşə yanğınlarında qardaş Azərbaycanın dəstəyi Türkiyə xalqı tərəfindən böyük rəğbətlə qarşılanır:
"İlk gələn ölkə Azərbaycan oldu. Hazırda çox əhəmiyyətli bir yerdə axtarış-xilasetmə işlərini davam etdirir və eyni zamanda xidmətləri ilə millətimizin qəlbinə böyük bir istilik verir. Çox sağ olun".