Modern.az

Moskva BMT sülhməramlılarının Qarabağa göndərilməsinə qarşı çıxdı

Moskva BMT sülhməramlılarının Qarabağa göndərilməsinə qarşı çıxdı

Dünya

8 Fevral 2023, 09:18

"BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası real deyil".

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) beynəlxalq təşkilatlar departamentinin direktoru Pyotr İliçev deyib.

 

"Sülhün bərpası vəzifəsini Rusiya sülhməramlı kontingenti effektiv şəkildə həll edir. Onlara BMT mandatının verilməsi lazım deyil", - deyə İliçev bildirib.

 

O, həmçinin qeyd edib ki, BMT-nin sülhməramlı missiyaları həmişə ev sahibi ölkələrin etimadını qazanmır: "Məsələ sülhməramlı əməliyyata kimin icazə verməsində deyil, daha ​​çox münaqişənin dayandırılması və nəticələrinin aradan qaldırılmasında hər iki tərəfin xoş niyyətinin olmasıdır".

 

"Rusiya sülhməramlılarının fəaliyyətini həm Bakı, həm də İrəvan dəstəkləyir. Bu, mühüm əhəmiyyət kəsb edir", - deyə Rusiya XİN rəsmisi əlavə edib.

 

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının vəzifəsinin öhdəsindən gələ bilmədiyini və rəsmi Moskvanın BMT Təhlükəsizlik Şurasında bölgəyə beynəlxalq sülhməramlı missiya göndərilməsi barədə məsələ qaldırmalı olduğunu bəyan etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər