Modern.az

İraq türkmənləri də Türkiyəyə yardım edir

İraq türkmənləri də Türkiyəyə yardım edir

Dünya

8 Fevral 2023, 17:38

Türkiyədə baş verən zəlzələdən sonra dünyanın müxtəlif yerlərindən qardaş ölkəyə yardımların göndərilməsi davam edir.

 

Modern.az xəbər verir ki, İraq türkmənləri də Türkiyə üçün yardım toplamaq təşəbbüsü başladıblar.

 

Bu barədə İraq Türkmən Cəbhəsi təşkilatının sabiq sədri Ərşad Salehi tviter səhifəsində paylaşım edib.

 

"İraq türkləri olaraq Türkiyəmizin yanındayıq. Türkmənelindən Türkiyəyə doğru ilk yardımlarımız yola çıxır", - deyə o bildirib.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 8574 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 49 133 nəfərdir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər