"Azərbaycan başda olmaqla, İsrail, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt dəstəyini ifadə ediblər".
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hataydakı çıxışında deyib.
O bildirib ki, ümumilikdə 60-dan çox ölkədən Türkiyəyə yardımlar göndərilib: "Telefon danışığı zamanı bizə dəstəyin davam etdirəcəklərini bildiriblər. Bütün dəstək verən ölkələrə millət adından təşəkkür edirəm".
Ərdoğan qeyd edib ki, axtarış xilasetmə əməliyyatlarında 18 ölkənin nümayəndələri iştirak edir.
Son məlumatlara görə, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9057 nəfərə çatıb. Təbii fəlakət zamanı 52 979 nəfər yaralanıb.