Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı (Aİ) liderlərinin sammitində Rusiyaya qarşı mübarizə aparmaq üçün daha çox silah istəyəcək.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Zelenski, həmçinin çıxışı zamanı Ukraynanın təşkilata üzvlüyünün irəli sürülməsini xahiş edəcək. Mənbələr bildirir ki, Zelenskinin xarici səfərlərinin əsas məqsədi Ukraynaya silah tədarüküdür.
"Prezident nəticə əldə etmək üçün səfər edib. Bu gün o, xarici səfərdədir. İlk növbədə, əsas nəticə silahdır... Ukraynaya silah tədarükünü sürətləndirmək üçün Avropanın dəstəyinə ehtiyacımız var", - mənbə deyib.
Adının çəkilməsini istəməyən rəsmi Kiyevin uzaq mənzilli artilleriyaya və bir çox növ sursata, həmçinin döyüş tanklarına və döyüş təyyarələrinə ehtiyacı olduğunu bildirib.
Xatırladaq ki, Zelenskinin fevralın 9-da Avropa Parlamentində çıxış edəcəyi bildirilir.
Akif İsmayılov